Əli Əsədov Türkiyənin vitse-prezidentinə zəng etdi: silsilə zəlzələ ilə bağlı...
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov Türkiyənin vitse-prezidentinə zəng etdi: silsilə zəlzələ ilə bağlı...

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm