Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır
Bizi izləyin

Nida Xəbər

Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır

Aprelin 23-də Ermənistanda keçirilən ənənəvi məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırıldığı haqda məlumat vermişdik.

Publika.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu vandalizmə münasibət bildirib.

Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress”in sualını cavablandırarkən, Paşinyanın mövqeyini jurnalistlərə çatdırıb:

“Baş nazir Paşinyan bunu pisləyir, məsuliyyətsiz və qəbuledilməz davranış hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu təxribatçı bir təcrübədir”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm