Nida Xəbər
İran Prezidenti Bibiheybət məscidini ziyarət etdi - Fotolar
.jpg?v1747166972)
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.
Publika.az xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.
İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.
Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.
İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkdi, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazdı.
Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.
.jpg)
.jpg)

-
Magazin100:00
"Aysunun alnından öpərəm"
-
Sosial13 May 23:24
"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm" - VİDEO
-
Səhiyyə13 May 23:12
Azərbaycanda cərraha yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
ABŞ13 May 22:40
Müəmmalı qara "CƏHƏNNƏM PORTALI": ABŞ səmasında nə baş verir? - VİDEO
-
Kriminal13 May 22:24
"Eşidib ki, inilti səsi gəlir" - Elgün İbrahimovun ölümünün ŞOK TƏFƏRRÜATI
-
Magazin113 May 21:50
Milyarderin aktrisa gəlini qatarda elə pozalar verdi ki... - FOTO
-
ABŞ13 May 21:40
Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ
-
Nida Xəbər 13 May 21:30
Vüqar Süleymanov vəzifəsindən AZAD EDİLDİ