Nida Xəbər
Türkiyə MMU-nun nümayəndə heyətinin Azərbaycana səfəri davam edir - FOTO

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rəhbər, eləcə də Hərbi Hava və Hərbi Dəniz İnstitutlarının rəhbər heyətlərinin, müəllimlərinin, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin Azərbaycana səfəri davam edir.
Bu barədə Publika.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Səfərin proqramına uyğun olaraq, qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində olublar.
Türkiyəli nümayəndələrə hərbi hissənin yaranma tarixi, strukturu və Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində fəaliyyəti barədə brifinq təqdim olunub.
Sonra hərbi hissənin silahlanmasında olan bəzi uçuş texnikaları, aviasiya vasitələri qonaqlara əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Türkiyə nümayəndə heyəti hərbi hissənin Təlim və Tədris Mərkəzinə də baş çəkiblər. Burada türkiyəli dinləyicilərə hava hücumundan müdafiə kompleksinin sinif məşq qurğusunda praktiki atış etmələrinə şərait yaradılıb.
Daha sonra nümayəndələr MMU-nun Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər.
Qonaqlara hərbi təhsil sistemi, MMU-da hərbi təhsil sahəsində aparılan islahatlar, tədris və elmi fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Heydər Əliyev adına Hərbi İnstituta gələn nümayəndə heyətinə hərbi institutun yaranma tarixi, təhsil və tədris prosesi haqqında brifinq təqdim olunub.
Türkiyəli qonaqlar İnstitutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaranması, dövlətçiliyin möhkəmləndirilməsi və ordu quruculuğundakı fəaliyyətini əks etdirən guşələr, həmçinin digər eksponatlar qonaqların marağına səbəb olub.
Plana əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinə gələn nümayəndə heyəti burada dəniz xüsusi təyinatlılarının silah və texniki vasitələri ilə tanış olublar. Qonaqlar dəniz piyadalarının nümunəvi çıxışlarını izləyiblər.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti, həmçinin Azərbaycan Hərb Tarixi Muzeyini də ziyarət edib.




-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi