Nida Xəbər
Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşdü - FOTO

İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.
Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, qonağı salamlayan Baş prokuror Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan siyasi iradəsi nəticəsində bu əlaqələrin dünyada bənzəri olmayan səviyyəyə yüksəldiyini bildirib.
Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunduğunu qeyd edərək, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasını təşkil etdiyini bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlif illərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəki xidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan Prokurorluğunun 100 illiyi yubiley medalı ilə təltif edib.






-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə soruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB
-
Hadisə16:30
Azərbaycanda ata 22 yaşlı qızını döyərək öldürdü
-
Dünya15:50
Rusiya şokda: Makron cəsarətlənib, görün nə etdi