Nida Xəbər
Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

-
İdman09:54
Türkiyədə istirahət edən Lalə elə FOTOLAR paylaşdı ki…
-
Magazin108:48
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Magazin106:16
“Mənzurə müğənni oğlana ərə gedir” - VİDEO
-
ABŞ04:44
Dünya Ticarət Mərkəzinə ildırım düşdü - ANBAAN VİDEO
-
Sağlamlıq02:12
Min bir dərdin dərmanı - Gündə 1 stəkan için
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə şans yarana bilər ki...
-
Hadisə15 İyul 23:24
AİLƏ FACİƏSİ: ana balasının vəfat xəbərini eşidib öldü
-
Nida Xəbər 15 İyul 23:12
Ahmet Köse: "Heç vaxt PUA-larımızı düşmən ölkələrə vermirik"