Nida Xəbər
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu

Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin baş məsləhətçisi və Bayraq Radio Televiziya Qurumunun (BRT) rəhbəri Özdəmir Tokel Azərbaycana səfəri çərçivəsində "Teleqraf" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı media sahəsində əməkdaşlıq imkanları, informasiya mübadiləsinin genişləndirilməsi və iki ölkə arasında mədəni-ictimai əlaqələr müzakirə olunub.
Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud münasibətlərin xalqlar arasında qardaşlıq prinsipləri üzərində qurulduğu və ictimai-mədəni və media sahəsində əlaqələrin və qarşılıqlı səfərlərin genişləndirilməsi vacibliyi vurğulanıb.
Ö.Tokel Azərbaycanı çox sevdiyini bildirib və Azərbaycanın Prezident İlham Əliyevin simasında ölkəsinə verdiyi misilsiz dəstəyə görə təşəkkürünü ifadə edib.


-
Magazin122:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB