Nida Xəbər
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsinin ilk iclası olub

İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Təşkilat Komitəsinin sədri şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğunu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini deyib. Bu gün dövlət başçımızın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir.
XXI əsrdə dünyada urbanizasiya prosesinin sürətləndiyini bildirən Təşkilat Komitəsinin sədri Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatların və genişmiqyaslı layihələrin, habelə ölkəmizin bu sahədə qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunduğunu qeyd edib. Buna görə də BMT-nin himayəsi altında keçirilən, mühüm və qlobal xarakterli tədbirlərdən biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanaqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ildə Bakıda təşkilinə dair qərar qəbul olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür.
Daha sonra Təşkilat Komitəsinin üzvləri - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13-ün milli koordinatoru və əməliyyat şirkətinin fəaliyyəti, forumun təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Təşkilat Komitəsinin Katibliyinin işinin təşkili və digər aidiyyəti məsələlərlə bağlı tapşırıqlar verib.



-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı