Nida Xəbər
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçildi - Foto

Azərbaycan Respublikası UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
Publika.az xəbər verir ki, seçkilər 2025-ci il 20 iyun tarixində UNESCO-nun mənzil-qərargahında, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə” dair 2005-ci il Konvensiyasının 10-cu Tərəflər Konfransı çərçivəsində baş tutub.
2005-ci il Konvensiyasının həyata keçirilməsinə nəzarət edən əsas icra orqanı kimi Hökumətlərarası Komitənin 24 üzvü vardır və üzvlərin səlahiyyət müddəti 4 ildir.
Azərbaycan daha öncə 2019-2023-cü illər arasında Hökumətlərarası Komitədə təmsil olunub. İllik əsasda toplanan Hökumətlərarası Komitənin əsas funksiyaları sırasına Konvensiyanın məqsədlərinin təşviqi, onun həyata keçirilməsinin monitorinqi, tərəflərin dövri hesabatlarının təhlili və Konfransa təqdim olunması, əməliyyat təlimatlarının hazırlanması, ölkələr tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq tövsiyələrin verilməsi, eləcə də Konvensiyanın prinsiplərinin digər beynəlxalq forumlarda təşviqi məqsədilə məsləhətləşmə mexanizmlərinin qurulması daxildir.
Azərbaycanın sözügedən Komitəyə növbəti dəfə üzv seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması, mədəni ifadə azadlığının təşviqi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin, həmçinin bu sahəyə verdiyi yüksək önəmin bariz göstəricisidir.


-
Dünya16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO
-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?