Nida Xəbər
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müzakirə olundu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına dair həmfikirlik ifadə olunaraq, Pakistan Baş nazirinin Azərbaycana cari ilin may ayında baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycanın cari ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi və 2026-cı ildə etibarən başlayacaq İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaratdığı bildirilib.
Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
Son regional inkişaflar diqqət mərkəzində saxlanılıb, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

-
Magazin122:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB