Nida Xəbər
Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək
Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik ediləcək.
Publika.az xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri ve olduğu yer üzre qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.
Layihəyə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif edilən digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, AMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa Əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
-
Nida Xəbər 00:49Alyona Əliyeva İlham Əliyevi belə təbrik etdi - FOTO
-
Nida Xəbər 00:43Leyla Əliyeva: "Əziz ata, ad günün mübarək" - FOTO
-
Region00:35General hərbçilərlə birlikdə həlak oldu - Baş nazir TƏSDİQLƏDİ
-
Qoroskop00:20Günün ULDUZ FALI - Köhnə xatirələr canlana bilər
-
Magazin123 Dekabr 23:00"Gecə 3-də oxumağa gedərəm, hamısı "ev qızı, gəlini" olub"
-
İdman23 Dekabr 22:48Qurban Qurbanovla komandası ən yaxşı seçildi
-
Nida Xəbər 23 Dekabr 21:24Prezident: “Bala neçə aylıqdır?” - VİDEO
-
Region23 Dekabr 21:12Türkiyədə işləyənlərə ŞAD XƏBƏR - Minimum əmək haqqı bu qədər olacaq






















