Nida Xəbər
Ərdoğandan Azərbaycan-Rusiya gərginliyinə münasibət: Əliyev mənə dedi ki...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Azərbaycan arasında son vaxtlar müşahidə olunan gərginlik barədə açıqlama verib.
Publika.az xəbər verir ki, o, iyulun 5-də Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada həm Rusiya, həm də Azərbaycanla dərin diplomatik və strateji əlaqələri olan Türkiyənin bu prosesi diqqətlə izlədiyini bildirib.
Ərdoğan hər iki ölkəni təmkin nümayiş etdirməyə çağırıb:
“Diplomatik gərginliyi yumuşaldacaq açıqlamaların verilməsi məsələnin daha asan və məntiqli şəkildə həllinə şərait yaradacaq. Rusiya və Azərbaycan arasında baş verən mənfi hadisələrin bir an əvvəl sona çatmasını arzulayırıq. Ən böyük istəyimiz odur ki, bu hadisələr iki ölkə arasındakı münasibətlərə bərpaolunmaz zərər vurmasın”.
Türkiyə lideri qeyd edib ki, Ankara diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır:
“Biz hər iki dostumuzun da bu problemin öhdəsindən gələcək anlayış səviyyəsində olduğunu bilirik. Bu istiqamətdə atılacaq konstruktiv addımlara dəstəyimizi davam etdirəcəyik. Prioritetimiz — onsuz da kifayət qədər münaqişələr yaşamış bölgədə əldə olunmuş çətin sabitliyi pozacaq ani gərginliklərdən qaçmaqdır. Qafqaz artıq yeni bir münaqişəni daşıya biləcək vəziyyətdə deyil”.
Ərdoğan onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı bu məsələni müzakirə ediblər:
“İlham Əliyev burada çox diqqətli və tədbirli addımlar atır. Məsələni gərginləşdirmək deyil, səssiz şəkildə yoluna qoymaq tərəfdarıdır. Onun mənə dediklərindən anladım ki, bu məsələnin həllini tapacağına inanır və bunu nəzarətdə saxlayır”.
Akqabay

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi