Nida Xəbər
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündə aralıq sənəd və ya birgə bəyanat imzalana bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan bildirib.
Onun sözlərinə görə, son günlər Ermənistanla Azərbaycan arasında hazırlanan sazişlə bağlı məlumatlar getdikcə artmaqdadır. Bu cür siqnallar, o cümlədən ABŞ-dan gələn siqnallar danışıqlar prosesinin intensivləşməsindən xəbər verir. Bu kontekstdə ABŞ dövlət katibi Marko Rubionun sülh müqaviləsinin tezliklə bağlanmasına ümid etdiyi ilə bağlı bəyanatını da xatırlamaq lazımdır.
"Görüş zamanı yekun qərarın qəbul edilib-edilməyəcəyini və ya hər hansı sənədin imzalanacağını demək çətindir. Bununla belə, vəziyyət sürətlə inkişaf edir. Hadisələrin dinamikası konkret addımların atılması ehtimalının yüksək olduğunu göstərir", - ekspert qeyd edib.
O, Ermənistan və Azərbaycanın xarici vasitəçilər olmadan birbaşa danışıqlara dair bəyanatlarına baxmayaraq, ABŞ-ın nizamlanma prosesində müəyyən vasitəçilik rolunu oynamaqda davam etdiyini vurğulayıb.
Politoloqun fikrincə, Vaşinqton danışıqlar prosesinə, o cümlədən pərdə arxasından təsir göstərir.
“Görüş üçün məkan kimi BƏƏ-nin seçilməsi də təsadüfi deyil: ölkə ABŞ-ın strateji tərəfdaşıdır, həmçinin həm Ermənistan, həm də Azərbaycanla konstruktiv münasibətlər saxlayır. Bu baxımdan, Əmirliklər rahat və neytral platformadır”, - politoloq bildirib.
Tural
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları






.jpg)








.jpg)





.jpg)







.jpg)

.jpg)







