Türk Mədəniyyəti və İrsi Fondu tarixi razılaşma ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

Türk Mədəniyyəti və İrsi Fondu tarixi razılaşma ilə bağlı bəyanat yaydı

Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək bəyanat yayıb.

Fonddan Publika.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.

Fond adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq. Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün olmuşdur.

Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl olacaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm