Nida Xəbər
Leyla Əliyevanın Mingəçevir səfərindən - FOTOLAR
Ötən gün Mingəçevirdə səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva səfər çərçivəsində Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzinə baş çəkib.
Publika.az xəbər verir ki, L. Əliyeva yaşlılılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.
Qeyd olunub ki, mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.
Səfər çərçivəsində L. Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. O, balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.
Daha sonra L.Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. L.Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti - tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.
Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.





























-
İqtisadi gündəm13:04Orta aylıq əməkhaqqı 1087 manata çatıb
-
MDB11:55Zelenskinin dostunu Rusiya bu yola vadar edib: Kiyevdən sensasion iddia
-
Nida Xəbər 11:30Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari - Yaxın günlərdə…
-
Dünya11:00Türkiyə şəhidləri ilə vidalaşır - VİDEO
-
Elm və təhsil10:18Ekspertdən sərt irad: “Təhsil çökür, onları şagird yox, maaş düşündürür"
-
Region09:48İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
-
İdman09:30"Qarabağ"a daha bir şad xəbər: "Napoli"nin bombardiri sıradan çıxdı
-
ABŞ07:30Saxta peyğəmbər "şeytan" adlandırdığı qadını YANDIRDI












.jpg)












.jpg)







.jpg)




