Nida Xəbər
Mikayıl Cabbarov qərar imzaladı
İqtisadiyyat Nazirliyinin Kollegiyası "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması"nın təsdiq edilməsi haqqında" 14 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib
Publika.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə dolduraraq vergi orqanına təqdim edəcək.
Bundan başqa, qərarın adı genişləndirilərək "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması və təqdim edilmə qaydası" edilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
-
Dünya09:00Avropa ilə Rusiya arasında müharibə başlayacaq - XİN başçısı tarixi açıqladı
-
Nida Xəbər 08:10Azərbaycanda sabiq nazir vəfat etdi
-
İdman07:35Fəxri prezident “Liverpul”u ələ saldı: 500 milyon xərcləyiblər, amma…
-
Ekologiya06:46Günəşdə "super partlayış" olacaq - Alimlərdən XƏBƏRDARLIQ
-
Avropa06:16Fransua Ollandın Parisdəki evi qarət edildi
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz romantik jest sizi təəccübləndirəcək
-
İdman00:555 milyon dollarlıq avtomobili gündəm oldu - VİDEO
-
Region1 Dekabr 23:35İranın vitse-prezidentinin qızı beyin ölümü keçirdi


































