Nida Xəbər
Manaf Cəlilzadənin cinayət işi üzrə istintaq başa çatdı
Xaricdə yaşayan Manaf Cəlilzadə barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, onun barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət Prosessual Məcəlləsinin 91, 284 və 285-ci maddəllərinə əsasən cinayət işinin materialları ilə ayrı-ayrılıqda və yaxud müdafiəçi ilə birlikdə tanış olmaq, digər prosessual hərəkətlərlə bağlı vəsatətlər vermək, özünün seçimi ilə müdafiəçi ilə təmsil olunmaq və digər hüquqlara malikdir.
Təqsirləndirilən şəxs və vəkilinə 9 dekabr 2025-ci il tarixdən etibarən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şəriat yaradılacaqdır.
Həmçinin izah edilir ki, istintaqa gəlmədikləri halda Cinayət Prosessual Məcəlləsinin 467-13-cü maddəsinə əsasən qiyabi icrtaatda açılmış cinayət işi məhkəməyə göndərilə bilər və ya barələrində qiyabi hökmün, yaxud məhkəmənin digər yekun qərarının çıxarılması ilə nəticələnə bilər.
Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, fevralın 17-i 2023-cü il tarixində “Youtube” platformasında “Diktator TV” adlı kanalda Süleymanlı Süleyman və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edən canlı yayım açıb və daha sonra 2023-2025-ci illərdə həmin platformadan 19 müxtəlif video hazırlayıb.
-
Sosial20:48Bakıda 13 yaşlı qızın müəmmalı ölümü: Məktəblinin telefonunda gördükləri ailəni şoka saldı - VİDEO
-
Magazin220:24Həmkarının ombasını dişləyən aktrisa MƏHKƏMƏYƏ VERİLDİ
-
Nida Xəbər 19:36XİN-in Naxçıvandakı idarəsi LƏĞV EDİLDİ
-
Magazin119:12Bu gün "Instagram"da görün nələr paylaşıldı - FOTO
-
Region17:37Gürcüstan polisi mitinqlərdə görün hansı maddədən istifadə edib - Şok faktlar yayıldı
-
Sosial17:29Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:49Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
-
Sosial16:12Bu ərazilərimizə qar yağır - FAKTİKİ HAVA








.jpg)



























