Nida Xəbər
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
Deputat Səyyad Aranın ötən gün parlamentdə səhiyyə naziri Teymur Musayevlə bağlı tənqidi və nazirliyin cavabı sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Publika.az “Qafqazinfo” xəbər verir ki, deputat parlamentdəki çıxışında səhiyyə nazirinin vətəndaş qəbulunun təşkilində problemlər olduğunu bildirib.
Deputatın “Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur”, - sözlərinə, Səhiyyə Nazirliyindən “Vətəndaş qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər şəxslər tərəfindən nazirliyin inzibati binasında keçirilir və bununla bağlı məlumatlar qurumun rəsmi saytında dərc olunur”, - cavabından sonra müzakirələr daha da qızışıb.
Belə ki, sosial şəbəkə istifadəçiləri nazirliyin saytındakı vətəndaş qəbulu cədvəlinin əvvəlki və sonrakı versiyalarını paylaşaraq məsələnin heç də belə olmadığını, ümumiyyətlə qəbul cədvəlinin yenilənmədiyini qeyd ediblər.
Paylaşımlarda bildirilib ki, Səhiyyə Nazirliyi mütəmadi olaraq vətəndaş qəbulu keçirdiyini açıqlamasına baxmayaraq, saytdakı məlumatlar reallığı əks etdirmir. Belə ki, artıq 2026-cı ilin bitməsinə bir neçə ay qalmış olsa da, nazirliyin saytındakı qəbulla bağlı cədvəlin başlığında “2025-ci il üzrə” ifadəsi yer alıb. Paylaşımlardan sonra isə həmin məlumatdakı “2025-ci il üzrə” sözləri silinib. Bununla da qəbul cədvəlinin hansı ilə aid olduğu suallar yaradıb.

-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)






.jpg)








