Nida Xəbər
Bayramov cibutili həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cibutili həmkarı Abdulkader Hüseyn Omarla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
Tərəflər Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.
Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etmək üçün hazırlıqları və qarşıdakı İƏT sədrliyi də görüşün gündəliyində yer alıb.
Nazirlər, həmçinin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin inkişafını müzakirə edib, gərginliyin azaldılmasının və vəziyyətin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
On the sidelines of #UNGA81, Minister of Foreign Affairs of Azerbaijan Jeyhun Bayramov met with Abdoulkader Houssein Omar, Minister of Foreign Affairs and International Cooperation of Djibout.
— MFA Azerbaijan (@AzerbaijanMFA) September 22, 2026
The sides reviewed the current state and prospects of relations, stressing… pic.twitter.com/Ux9O9Bpwaj
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

































