Nida Xəbər
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində iştirak etdi - FOTO
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Yüksək Səviyyəli Həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Y.Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstan üzrə Əlaqələndirici Qrupunun iclasında Qrupun səylərinə dəstəyini ifadə edib və Əfqanıstanın ticarət, tranzit və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi yolu ilə əlaqəlilik (connectivity) mərkəzinə çevrilmək potensialını vurğulayıb.
XİN rəhbərinin müavini Enerji Keçidi üzrə Həll Yolları Dialoqunda Azərbaycanın bərpaolunan enerji hədəflərini və təmiz enerji üzrə regional əlaqəlilik mərkəzinə çevrilmək planlarını təqdim edib.
Y.Rəfiyev İqlim maliyyəsi üzrə Həll Yolları Dialoqunda "Bakı Maliyyə Hədəfi"nin real nəticələrə çevrilməsi üçün sistem səviyyəsində daha güclü koordinasiyanın vacibliyini qeyd edərək, iqlim maliyyəsinin inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan, sərfəli və səmərəli olmasının vacibliyini vurğulayıb.
Azərbaycanın XİN rəsmisi həmçinin VII Xəzər Biznes Forumunda Orta Dəhliz boyunca əlaqəlilik, maliyyə və enerji məsələlərinə dair panel müzakirələrində iştirak edib; bu zaman Azərbaycanın infrastrukturun inkişafı sahəsindəki böyük uğurlarını, Orta Dəhliz boyunca artan tranzit və ticarət həcmlərini, həmçinin TRIPP təşəbbüsü çərçivəsində əldə olunan irəliləyişləri qeyd edib.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)






.jpg)








