Əfv sərəncamının icrası başa çatdı - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Əfv sərəncamının icrası başa çatdı - YENİLƏNDİ

Əfv sərəncamının icrası başa çatdı - YENİLƏNDİ

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrası başa çatıb.

Publika.az xəbər verir ki, Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunub.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

xxx

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Publika.az xəbər verir ki, müəssisədən Pakistan vətəndaşı olan 1 qadın azadlığa buraxılıb.

O, əfvə düşən yeganə qadın məhbusdur.

Qeyd edək ki, bu gün imzalanan əfv sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

xxx

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Publika.az xəbər verir ki, müəssisədən 4 nəfər azadlığa buraxılıb.

Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, bu gün imzalanan əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

xxx

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.

Publika.az-ın xəbərinə görə, sərəncəm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm