Nida Xəbər
Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzaladı
BMT-nin Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşərək, Azərbaycan-Belarus strateji tərəfdaşlığını və onun gələcək inkişaf perspektivlərini müzakirə edib.
Publika.az xəbər verir ki, tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksəksəviyyəli siyasi dialoqun və hər iki ölkənin liderləri arasındakı təmasların, eləcə də ticarət-iqtisadi əməkdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiyanın mühüm rolunu vurğulayıblar. Həmçinin BMT, MDB, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.
İkitərəfli danışıqlardan sonra nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Planı”nı imzalayıblar.
Bundan əlavə, tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Bu sənədlər tərəfdaşlığımızın institusional əsaslarını daha da möhkəmləndirəcək və qarşıdakı illərdə ikitərəfli əlaqələndirməni yeni səviyyəyə qaldıracaq.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








