Nida Xəbər
Azərbaycanda yüksək vəzifəli şəxs cərimələndi - Səbəb
Şamaxı rayonunun Quşçu Bәlәdiyyәsinin sәdri cərimə olunub.
Publika.az Yurd.media-ya istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama zamanı Quşçu Bәlәdiyyәsi 2026-cı ildə yaşıllıqların uçotu, monitorinqi haqqında mәlumatları müvafiq icra hakimiyyәti orqanına tәqdim etmәyib.
Buna görә dә Şamaxı rayon Quşçu Bәlәdiyyәsi sәdri barəsində İnzibati Xәtalar Mәcәllәsinin 2531.1.3-cü maddәsi ilə protokol tərtib edilib.
Şamaxı Rayon Mәhkәmәsinin qərarı ilə inzibati xәta haqqında iş üzrә icraata xitam verilib.
Bu qərardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi apellyasiya şikayəti verib.
Şikayətdə bələdiyyə sədrinin barәsindә İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә inzibati xәta tәrkibinin mövcud olduğunun müәyyәn edilmәsi, barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi xahiş edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilib və Şamaxı Rayon Məhkəməsinin qərarı ləğv olunub.
Yeni qərara əsasən, Quşçu Bәlәdiyyәsinin sәdri İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә tәqsirli bilinib və 1000 manat mәblәğindә cәrimә edilib.
Qeyd edək ki, Şamaxı rayonunun Quşçu Bәlәdiyyәsinin sədri Həbib Vəlican oğlu Həsənovdur.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








