Nida Xəbər
Azərbaycanda humanizm siyasəti Heydər Əliyev tərəfindən əsası qoyulan ənənədir - Samir Vəliyev
“Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu siyasətdə humanizm prinsiplərinə də böyük önəm verilir. Respublikamızda əlamətdar tarixlər ərəfəsində əfv sərəncamı və amnistiya aktlarının qəbul edilməsi bunun əyani təsdiqidir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev qoyulub. Ulu Öndərin siyasi iradəsi əsasında 1995-2003-cü illərdə respublikamızda 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sentyabrın 23-də cənab Prezidentin növbəti əfv sərəncamı imzalaması da bunun göstəricisidir. Ümumiyyətlə, müstəqillik illərində imzalanmış 70-dən artıq əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib və ölkəmizdə təqdirlə qarşılanıb.
Millət vəkilinin sözlərinə görə, budəfəki əfv sərəncamına əsasən Azərbaycan vətəndaşları ilə yanaşı, Fransa, Rusiya, Türkiyə və Pakistan vətəndaşları da azadlığına qovuşur. Bu fakt da bir daha ölkəmizdə humanizmin nə dərəcədə yüksək səviyyədə olmasını təsdiqləyir.
“Bundan əvvəlki əfv sərəncamı ötən ilin mayında, 28 May - Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Prezident İlham Əliyevin 26 may 2025-ci il tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti sərəncamına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş xeyli sayda məhkum azadlığa qovuşmuşdu. Budəfəki əfv sərəncamı isə dövlətimizin humanizm siyasətinin davamlı olduğunu sübut edir”, - deyə Samir Vəliyev vurğulayıb.
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları













.jpg)





















.jpg)
