Nida Xəbər
Ceyhun Bayramov Azərbaycan - ABŞ strateji tərəfdaşlığının önəmindən danışdı
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ-nin aparıcı şirkət rəhbərləri və nümayəndələrinin iştirakı ilə ABŞ Ticarət Palatasının dəyirmi masasında çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, müzakirələrdə Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ilin tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Birləşmiş Ştatlar arasındakı strateji tərəfdaşlıq ön plana çıxarılıb, əsas sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir çıxışında iştirakçılara Azərbaycanın xarici siyasət prioritetləri və müstəqilliyini bərpa etdikdən sonra atdığı addımlar, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasları haqqında məlumat verib, iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt, bağlantı və qarşılıqlı maraq doğuran digər sahələrdə Azərbaycan - ABŞ əməkdaşlığının əsas strateji sütunlarını, o cümlədən regional prosesləri və Azərbaycan-Ermənistan normallaşma prosesini xüsusi vurğulayıb.
O, 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi və paraflanmış sülh sazişindən sonrakı regional normallaşma prosesi, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması kimi praktiki etimad quruculuğu tədbirlərinə diqqət çəkib. Regional bağlantı, ticarət və iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsində TRIPP-nin əhəmiyyətini vurğulayan nazir Rəqəmsal İpək Yolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə regional qovşaq kimi Azərbaycanın strateji bağlantı rolundan bəhs edib.
10-dan çox imzalanmış saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyini təmin edən ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqundan sonra ticarət, enerji, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyətə başlamasına diqqət çəkən C. Bayramov ABŞ şirkətləri ilə tərəfdaşlıqlar da daxil olmaqla, mühüm strateji enerji nailiyyətlərini qeyd edib.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















