Nida Xəbər
"Azərbaycan tranzit və enerji qovşağına çevrilib"
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) xarici işlər nazirlərinin 25-ci illik nazirlər toplantısında çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, nazir uzunmüddətli strateji sərmayələr və davamlı regional tərəfdaşlıqlar vasitəsilə Azərbaycanın dənizə çıxışı olmayan coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən əsas logistika, tranzit və enerji qovşağına uğurla çevirdiyini vurğulayıb.
C. Bayramov tranzitin rəqəmsallaşdırılması, sadələşdirilmiş gömrük prosedurları və "Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi" kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin zəruriliyini qeyd edib. O, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsinin daha dayanıqlı qlobal ticarət arxitekturası yaratdığını vurğulayıb.
Sülhün davamlı əlaqəlilik üçün əvəzolunmaz şərt olduğunu vurğulayaraq, o, Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton sazişlərini və regional və qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünü diqqətə çatdırıb.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















