Nida Xəbər
Sülh bərqərar olduqdan sonra Bakı ilə bu məsələləri həll edəcəyik: Paşinyan BMT-də açıqladı
Sülh bərqərar olduqdan sonra da əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri İrəvan və Bakı arasında münasibətlərin gündəliyində qalacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının kürsüsündən bildirib.
"Bir neçə min itkin düşmüş şəxsin taleyinin aydınlaşdırılması Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə həll tələb edən məsələdir. Əməkdaşlıq barədə razılığa gəlmişik", - deyə o bildirib.
O əlavə edib ki, Ermənistan həmçinin minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə davam etməyə hazırdır.
Paşinyan bildirib ki, "Ermənistan mina təmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Əlbəttə ki, Ermənistan Respublikası münaqişə nəticəsində Azərbaycanda həbsdə olan ermənilərin geri qayıtmasını gözləyir".
Onun fikrincə, bu həll olunmamış məsələlərlə yanaşı, pessimist əhval-ruhiyyəni alovlandıran digər bir səbəb Ermənistan və Azərbaycanın müəyyən dairələrində, bəzən isə rəsmi səviyyədə vaxtaşırı qarşıdurma ritorikasından istifadədir.
“İnanıram ki, biz, yəni Ermənistan və Azərbaycan, kifayət qədər çox nəticə əldə etmişik və bu, tarixə, tarixi və mədəni abidələrə və ya başqa bir şeyə aid olmasından asılı olmayaraq, münaqişə ritorikasından istifadə etməkdən daha dəyərli olmalıdır. Sülhün möhkəmləndirilməsi, onun inkişafı və sülhün institusionallaşdırılması Ermənistan və Azərbaycan arasında əməkdaşlığın əsas diqqət mərkəzində olmalıdır”, - deyə Paşinyan bildirib.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















