Nida Xəbər
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayır
Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) öz işinə başlayıb.
Publika.az xəbər verir ki, builki forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum 2 gün davam edəcək.
Nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilən forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib.
Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.
Forum çərçivəsində təşkil ediləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, bu fonda Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, müxtəlif sahələrə aid əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla işbirliyinə dair sənədlər imzalaması və mübadiləsi nəzərdə tutulur.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















