Nida Xəbər
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı çəkildi - VİDEO
Ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün yeni və əlverişli alternativ yaradılıb. Artıq metronun “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən metronun “Avtovağzal” stansiyasından ödənişsiz istifadə etmək mümkündür.
Publika.az AYNA-ya istinadən xəbər verir ki, “Avtovağzal” metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkandan daha rahat yararlanması üçün həmin ərazidəki dayanacağa əlavə 16 marşrut yönləndirilib.
Ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq, avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək məqsədilə yeni nəqliyyat həlli tətbiq olunub.
Belə ki, əvvəllər metronun “Avtovağzal” stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəliləyərək Bakı-Sumqayıt yoluna çıxırdı. Bu isə avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.
Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib. Nəticədə avtobusların hərəkət məsafəsi 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb.
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
















.png)

.jpg)















