Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olundu
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olundu

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidan ilə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, iki qardaş ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin və birgə fəaliyyətin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. O, polis əməkdaşlığı çərçivəsində keçirilən işçi görüşlərinin təcrübə mübadiləsinin aparılmasına, eləcə də praktiki fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri Ali Fidan qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, qlobal təhdidlərə, o cümlədən cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm