Nida Xəbər
Azərbaycanın ev sahibliyi ilə TDT XİN başçılarının mühüm toplantısı keçirildi - Yeniləndi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında ortaq köklər və tarixlə bağlı olan Türk dövlətləri arasında həmrəyliyin dərinləşməsini vurğulayaraq dəyişən qlobal çağırışlar fonunda çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurət olduğunu qeyd edib.
Ceyhun Bayramov Qəbələ Zirvə görüşündə qəbul edilmiş qərarlar və irəli sürülmüş təşəbbüslərdən sonra Azərbaycanın sədrliyi dövründə əldə olunan əsas nəticələr barədə məlumat verib. Nazir Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak etdiklərinə görə üzv dövlətlərə təşəkkür edib.
Türk xalqlarının dilinin, tarixinin və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər mühüm nailiyyət kimi qeyd olunub.
Bundan əlavə, Bakıda keçirilən son görüşlərin, o cümlədən Təhlükəsizlik Şuraları katiblərinin, Müsəlman Dini İdarələri rəhbərlərinin və aparıcı milli analitik mərkəzlərin görüşlərinin bu gündəliyin genişliyini nümayiş etdirdiyi bildirilib.
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artırılmasının vacibliyini vurğulayan nazir Təşkilata BMT Baş Assambleyasında müşahidəçi statusunun verilməsinin ümumi məqsədlərdən biri olduğunu qeyd edib.
O, türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, regional dayanıqlılıq və əlaqəliliyin artırılmasının strateji zərurət olduğunu bir daha vurğulayıb.
Həmçinin ticarət, enerji, İKT, elm, texnologiya və mədəniyyət sahələrində praktiki və konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin, biznes icmaları və xalqlar üçün birbaşa imkanların yaradılmasının prioritet olduğu bildirilib.
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə Antalyada COP31-ə və Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə ev sahibliyi etməsi münasibətilə uğurlar arzulayıb və Azərbaycanın davamlı dəstəyini bir daha təsdiqləyib.
Görüş Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə başa çatıb.
***
Türk Dövlətləri Təşkilatına (TDT) dövrü sədrlik edən Azərbaycanın ev sahibliyi ilə TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə TDT-nin oktyabrın 29-30-da Türkiyədə baş tutacaq 13-cü Zirvə görüşünə hazırlıq prosesi nəzərdən keçirilib.
Toplantıda, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR


































