Nida Xəbər
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında çıxış etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə qəbul edilmiş strateji Xankəndi Kommünikesi və Fəaliyyət Planının icrası barədə məlumat verib. O, Bakıda və Şuşada İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını və Şuşanın 2026-cı il üçün İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizdə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu qeyd edib.
Nazir Mərkəzi Asiya dövlətləri ilə Cənubi Qafqaz arasında strateji sinerjiyə də toxunub. Azərbaycanın Çolpon-Atada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində üzv və fəal iştirakçı kimi rolunu, eləcə də Avazada keçiriləcək qarşıdakı Zirvə görüşünü qeyd edib.
Ceyhun Bayramov 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumat verib. O, etimad quruculuğu tədbirlərini, tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işlərini vurğulayıb.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)


.jpg)
















