Nida Xəbər
Ali hərbi rütbə verilən İsmayılov bu tanınmış şəxsin qardaşıdır - Foto
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini, general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib.
Publika.az “Qafqazinfo”ya istinadən bildirir ki, general-leytenant rütbəsinə layiq görülən A.İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmiş İmamverdi İsmayılovun qardaşıdır.
Qeyd edək ki, A. İsmayılov Azərbaycan Texniki Universitetinin (AzTU) məzunudur.
O, müxtəlif illərdə məsul vəzifələrdə çalışıb. Dövlət qurumlarında rabitə infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2016-cı ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Həmçinin karyerasının önəmli mərhələlərindən biri kimi, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına rəislik edib.
Həmçinin 2023-cü ildən XRİTDX rəisinin müavini postunu tutur. O, dövlət informasiya resurslarının mühafizəsi, süni intellekt və kibertəhlükəsizlik sahələrində strateji tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.
Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasındakı uzunmüddətli xidmətləri nəzərə alınaraq, 2024-cü ilin aprelində dövlət başçısının Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü







.webp)





























