Nida Xəbər
Azərbaycan XİN rəhbəri Quterreşlə görüşdü: regiondakı son proseslər müzakirə edildi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.
Məlumata görə, tərəflər regional və beynəlxalq proseslər, o cümlədən Azərbaycanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, eləcə də çoxtərəfliliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Müzakirələr zamanı Azərbaycanın donor ölkə qismindəki töhfələri və humanitar təşəbbüsləri də diqqət mərkəzində olub. Qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə toxunulub; Azərbaycanın COP29-a uğurla ev sahibliyi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional əlaqəlilik sahələrində artan rolu qeyd edilib.
Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindəki son irəliləyişlər, Cənubi Qafqazda etimadın qurulması istiqamətindəki səylər, keçmiş məcburi köçkünlərin geri qayıtmasını dəstəkləyən genişmiqyaslı bərpa-quruculuq işləri və minatəmizləmə fəaliyyətləri barədə məlumat verib.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar






.jpg)


.jpg)







.jpg)



.jpg)
















