Nida Xəbər
ƏHD Partiyası Anım Günü ilə bağlı bəyanat yaydı
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti 27 Sentyabr-Anım Günü ilə bağlı bəyanat qəbul edib.
ƏHD Partiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bəyanatda deyilir:
“2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri erməni işğalçılarına və faşizminə qarşı əks-hücum əməliyyatlarına başladı. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək, işğala son qoymaq üçün səfərbər oldu.
Müharibə zamanı Azərbaycana edilən diplomatik təzyiqlər və təxribat xarakterli addımlar Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi nəticəsində dəf edildi.
Əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin canı və qanı bahasına torpaqlarımız işğaldan azad edildi. Nəticədə 44 günlük Vətən müharibəsi tarixi zəfərlə yekunlaşdı.
Bununla da silahlı qüvvələrimiz Azərbaycan xalqının qürurunu, ölkənin ərazi bütövlüyünü, ədaləti və beynəlxalq hüququ bərpa etdi.
Qələbəmizə qədər hər cür ədalətsizliklə üzləşən xalqımızın iradəsi heç vaxt qırılmadı və biz, qardaş Türkiyənin və digər dost dövlətlərin mənəvi dəstəyi ilə torpaqlarımızı işğaldan azad etdik.
Ən yeni tariximizin ən şanlı səhifələrindən olan 27 sentyabr həm də milli birlik günü kimi yaddaşlarımızda qalmalıdır.
Allah vətən uğrunda canlarını fəda edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
Allah Azərbaycanı qorusun!”.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı












.jpg)



.png)

.jpg)

















