Nida Xəbər
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət etdi
27 Sentyabr – Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və digər hərbi qulluqçuları Hərbi Memorial Məzarlığı və Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi yad olunub.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, general-polkovnik Zakir Həsənov 44 günlük Vətən müharibəsini simvolizə edən abidənin və “Əbədi məşəl” abidə-kompleksinin önünə gül çələngləri qoyub, şəhidlərimizin xatirəsinə ehtiram göstərib.
Sonra nazirliyin rəhbər heyəti və digər hərbi qulluqçular Zəfər parkını ziyarət edib. Burada şəhidlərə ehtiram əlaməti olaraq Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Tədbirlər çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Görüşlərdə şəhid ailələri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?












.jpg)


.jpg)


















