Nida Xəbər
Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışanlara fürsət verilməməlidir - Tənzilə Rüstəmxanlı
Son günlər İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışından sonra Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmağa yönələn müəyyən şərhlərin və süni müzakirələrin ortaya çıxdığını görürük. Netanyahu çıxış edərkən Türkiyə də daxil olmaqla çoxsaylı nümayəndə heyətlərinin zalı tərk etməsi, şübhəsiz ki, siyasi etirazın ifadəsi idi. Lakin Azərbaycan nümayəndəsinin zalda qalmasını Netanyahunun Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlərə dəstək kimi təqdim etmək nə siyasi, nə də diplomatik baxımdan doğru yanaşmadır.
Bir dövlətin nümayəndəsinin hər hansı çıxış zamanı zalda qalması həmin çıxışda səsləndirilən bütün fikirləri bölüşməsi və ya dəstəkləməsi demək deyil. Dövlətlərin mövqeyi ayrı-ayrı protokol davranışları ilə deyil, onların rəsmi bəyanatları, həyata keçirdikləri siyasət və uzun illər ərzində nümayiş etdirdikləri münasibətlərlə qiymətləndirilməlidir.
Azərbaycanın Türkiyəyə münasibəti isə heç bir şübhə doğurmur. Azərbaycan–Türkiyə münasibətləri yalnız emosional qardaşlıq bağlarından ibarət deyil. Bu münasibətlər strateji, siyasi, hüquqi, hərbi və iqtisadi əsaslara söykənən və zamanın sınağından çıxmış “Bir millət, iki dövlət” modelidir.
Tarix bunun çoxsaylı nümunələrini göstərib. 2014-cü ildə Praqada keçirilən toplantıda Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar səsləndirərkən Prezident İlham Əliyevin mahiyyət etibarilə “Türkiyə burada yoxdur, amma mən buradayam” deyərək Türkiyənin mövqeyini müdafiə etməsi Azərbaycan dövlətinin qardaş ölkəyə münasibətinin ən aydın siyasi nümunələrindən biri idi. Eyni şəkildə, 2020-ci il Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi açıq siyasi və mənəvi dəstək iki ölkə arasındakı müttəfiqliyin hansı səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi.
Ona görə də BMT zalında bir nümayəndənin oturub-oturmaması üzərindən Azərbaycanla Türkiyə arasında problem axtarmaq və bundan iki qardaş ölkənin münasibətlərinə qarşı istifadə etməyə çalışmaq doğru deyil. Təəssüf ki, həm regionda, həm də onun hüdudlarından kənarda Azərbaycan–Türkiyə münasibətlərində ən kiçik anlaşılmazlıq görüntüsündən belə istifadə etməyə çalışan dairələr mövcuddur.
Azərbaycanla Türkiyə arasındakı münasibətlər bir günlük hadisə, bir diplomatik epizod və ya sosial mediada yaradılan süni müzakirələrlə müəyyən ediləcək qədər zəif deyil. Bu münasibətlərin arxasında ortaq tarix, milli-mənəvi bağlar, qarşılıqlı dövlət maraqları, strateji müttəfiqlik və ən əsası, Azərbaycan və Türkiyə xalqlarının iradəsi dayanır.
Buna görə də belə məsələlərə münasibətdə emosional və tələsik nəticələr çıxarmaq əvəzinə, Azərbaycan–Türkiyə qardaşlığının bütöv mənzərəsinə baxmaq lazımdır. Ayrı-ayrı hadisələr üzərindən iki ölkənin arasına nifaq salmağa çalışan qüvvələrə fürsət verməmək həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin üzərinə düşən mühüm məsuliyyətdir.
Azərbaycan-Türkiyə münasibətləri sonsuza qədər əbədidir.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO








.jpg)


.jpg)


.jpg)






.jpg)













