Nida Xəbər
“Azərbaycanın neft-qaz sektorunda müqavilə münasibətləri diqqətəlayiqdir” - Qafarov
“Qlobal iqtisadi münasibətlərin mürəkkəbləşdiyi, beynəlxalq bazarlarda qeyri-müəyyənliyin artdığı və kapitalın daha etibarlı istiqamətlərə yönəldiyi müasir dövrdə investisiya cəlbediciliyi hər bir ölkənin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən birinə çevrilib”.
Publika.az xəbər verir ki, bu mülahizə Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.
Onun fikrincə, belə şəraitdə investorlar yalnız yüksək gəlir imkanları axtarmır, eyni zamanda, siyasi sabitliyə, hüquqi təminatlara, təhlükəsizliyə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə xüsusi önəm verirlər. “Azərbaycanın beynəlxalq investisiya məkanında mövqeyinin möhkəmlənməsi məhz bu amillərin qarşılıqlı vəhdətinə əsaslanır. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin investisiya siyasətinin əsas istiqamətlərini bir daha gündəmə gətirib. Dövlət başçısının çıxışında Azərbaycanın aparıcı beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi və ölkədə əlverişli investisiya mühitinin formalaşması xüsusi diqqət çəkib.”
Millət vəkili bildirib ki, hər bir investor etimadının arxasında ardıcıl iqtisadi siyasət, öhdəliklərə sadiqlik və əməkdaşlıq münasibətlərinin davamlılığı dayanır: “Azərbaycanın otuz ildən artıq müddətdə qoruyub saxladığı siyasi və iqtisadi sabitlik də beynəlxalq biznes dairələrinin ölkəmizə münasibətində mühüm rol oynayır.
Uzunmüddətli layihələrə və iri həcmli kapital qoyuluşlarına qərar verən şirkətlər üçün sabit fəaliyyət şəraiti xüsusi əhəmiyyət daşıyır. Çünki investisiyanın nəticəsi yalnız bazarın mövcud imkanlarından deyil, həm də həmin imkanların gələcəkdə qorunacağından asılıdır. Bu baxımdan, Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiq təcrübədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, otuz il əvvəl imzalanmış müqavilələrin şərtlərinin dəyişməz qalması investorların etimadını gücləndirən mühüm amildir. Bu yanaşma ölkənin beynəlxalq iqtisadi tərəfdaşlıqda üzərinə götürdüyü öhdəliklərə münasibətini nümayiş etdirir. Müqavilə sabitliyi isə kapital sahiblərinə uzunmüddətli planlar qurmaq, riskləri daha düzgün qiymətləndirmək və yeni layihələrə inamla yanaşmaq imkanı verir. Azərbaycanın investisiya cəlbediciliyində təhlükəsizlik amili də xüsusi yer tutur. Müasir dünyada iqtisadi fəaliyyətin davamlılığı yalnız maliyyə və texnoloji imkanlarla təmin olunmur. İctimai asayişin qorunması, təhlükəsiz biznes mühitinin mövcudluğu və sabitliyin davamlılığı da sahibkarların qərarlarına birbaşa təsir göstərir. Ölkəmizdə təhlükəsizlik məsələlərinə göstərilən diqqət həm yerli sahibkarların fəaliyyətinə, həm də xarici investorların uzunmüddətli maraqlarına xidmət edən mühüm şərtdir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq şirkətlərlə əməkdaşlığı təkcə mövcud iqtisadi imkanların istifadəsi ilə məhdudlaşmır. Ölkədə formalaşmış investisiya mühiti yeni sahələrə kapital cəlb etmək, istehsal imkanlarını genişləndirmək və iqtisadi əlaqələri şaxələndirmək üçün də zəmin yaradır. Bu prosesdə etibarlı tərəfdaş imicinin qorunması strateji əhəmiyyət daşıyır. Çünki qlobal rəqabət şəraitində investorların diqqətini cəlb etmək qədər onların etimadını uzun müddət qorumaq da vacibdir”.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək











.jpg)
.jpg)




.jpg)


















