Nida Xəbər
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşdü - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə kardinal Corc Ceykob Kuvakad Azərbaycana səfərini və ona göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib, səfər zamanı keçirdiyi görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Kardinal vurğulayıb ki, dünyada müharibə, zorakılıq və nifrət mesajlarının yayıldığı bir dövrdə Azərbaycandakı dinlərarası həmrəylik və sülh modeli bütün beynəlxalq ictimaiyyət üçün böyük mesajdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tərəflərin bir-birinə dəstək olmasının, səylərin birləşdirilməsinin, mədəniyyət, din, həmçinin insani dəyərlər ətrafında müzakirələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcək birgə proqramlar ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)

.jpg)
.jpg)









.jpg)















