Nida Xəbər
Deputat Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı: Artım var!
Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90 milyard dolları ötüb.
Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar olduğu halda, 2026-cı ildə bu göstərici 90 milyard dollardan çox olub.
Deputatın sözlərinə görə, Azərbaycan strateji valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı dövlətlər sırasındadır. Valyuta ehtiyatları ölkənin illik ÜDM-ni 12 faiz üstələyir və bu göstəriciyə görə Azərbaycan dünyada ilk onluqda yer alır.
Vüqar Bayramov hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivinin olduğunu, Mərkəzi Bankın ehtiyatlarının isə 2025-ci ilin sonunda 11,5 milyard dollardan 2026-cı ildə 15,3 milyard dollaradək yüksəldiyini bildirib.
Onun sözlərinə görə, valyuta ehtiyatlarının artması ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşdığını göstərir.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)

.jpg)
.jpg)









.jpg)















