Nida Xəbər
Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
Milli Məclisin plenar iclasında çıxış edən deputat Razi Nurullayev qadınların əmək bazarında iştirakı və ailələrə dövlət dəstəyi ilə bağlı vacib məsələlərə toxunub.
Publika.az xəbər veri ki, deputatın sözlərinə görə, qadınların ana olduqdan sonra peşəkar fəaliyyətdən uzaqlaşmaması üçün müvafiq şərait yaradılmalıdır. Onun sözlərinə görə, dayə və uşaq bağçaları ilə təminat, inkişaf imkanları, eləcə də dərsdənkənar qayğı xidmətləri bu mühitin vacib tərkib hissəsi olmalıdır.
Deputat çıxışında uşaqların gələcək təminatının da diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb:
“Təhsil və fərdi inkişafa yönəlmiş dövlət dəstəyi valideynlərin yalnız cari hüquqlarını təmin etməklə mahdudlaşmamalı, eyni zamanda övladın gələcək bünövrəsinin qoyulmasına xidmət etməlidir. Ən əsas məqam isə budur: Dövlət ailələrə sadəcə ‘övlad sahibi olun’ çağırışı etməməli, bu addımın məsuliyyətini onların yükündən götürən tərəf kimi çıxış etməlidir. Gənc ailələr hiss etməlidirlər ki, bu yolda tək deyillər; mənzil təminatı, uşaq qayğısı, təhsil və əmək fəaliyyətində dövlət hər zaman onların yanındadır. Çünki demoqrafik problemləri yalnız arzular və çağırışlarla həll etmək mümkün deyil. İnsan yalnız gələcəyinə inandıqda, övladının rifahı və təhlükəsizliyinə əmin olduqda belə bir qərar verir”.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)

.jpg)
.jpg)









.jpg)















