Nida Xəbər
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə İştirak etmək üçün İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, sentyabrın 30-da Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordularımız arasında əlaqələrin genişlənməsi və təcrübə mübadiləsinin artırılması baxımından qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən qonaq ölkəsinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafına maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı







.jpg)
.jpg)



.jpg)




.png)



.jpg)
















