Nida Xəbər
Azərbaycan istehsalı olan PUA-lar: “BARS” və “Qartal” ilk dəfə nümayiş etdirildi - Foto
Bakı Ekspo Mərkəzində üç gün davam edəcək "ADEX-2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə baş tutub.
Sərgidə Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.
Sərgidə ilk dəfə yerli istehsal olan “BARS” FPV PUA-sı nümayiş etdirilib. Üç kiloqram çəkisi olan PUA saatda 20 km sürətlə hərəkət edə bilir.
PUA-nın əsas təyinatı müdafiə xarakterlidir. “BARS” sabit qanadlı PUA-ları və FPV dronları zərərsizləşdirmək üçün nəzərdə tutulub.
İlk dəfə sərgiyə çıxarılan “Qartal” hərbi-taktiki müşahidə və minaatan PUA-sının çəkisi 13 kiloqramdır. Pilotsuz uçuş aparatı 15 kilometr radius daxilində hərəkət edərək operator tərəfindən müəyyən edilən missiyaları avtonom rejimdə yerinə yetirir.
Yerli istehsal olan “Qartal” PUA-sı əlavə olaraq 1500 metr məsafədən hədəflərin dəqiq koordinatlarını təyin edə bilir.
2026-ci istehsalı olan "Arrow 3" dronu da ilk dəfə ADEX 2026 sərgisində nümayiş olunur.
"Arrow 3" dronu 150-200 km məsafəyə qədər uça bilir və seçdiyi hədəfə dəyərək həmin hədəfi məhv edir.
Türkiyə və Azərbaycanın birgə istehsal etdiyi "Hürkuş" adlı qırıcı təyyarə də ilk dəfə "ADEX-2026"da nümayiş etdirilib.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı







.jpg)
.jpg)




.jpg)




.png)


.jpg)
















