Nida Xəbər
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olundu - FOTO
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, tərəfdaşlıq prioritetləri, yeni ikitərəfli saziş üzrə danışıqlar, enerji və nəqliyyat bağlantıları, iqlim əməkdaşlığı, habelə regional məsələlər müzakirə olunub.
Nazir müavini Azərbaycan ilə Aİ arasında son dövrdə yüksək səviyyəli təmasların intensivləşdiyini, enerji, ticarət və bağlantılar sahələrində əməkdaşlığın genişləndiyini bildirib. Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq, Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafı sahəsində gördüyü işlər, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Enerji əməkdaşlığına toxunularaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, təbii qaz tədarükünün genişləndirilməsi perspektivləri, habelə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Azərbaycan-Ermənistan normallaşma prosesinə dair fikir mübadiləsi zamanı Vaşinqton sammitindən keçən dövr ərzində əldə edilmiş irəliləyişlər, ölkəmizin sülh gündəliyi, etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib.
Görüşdə nümayəndə heyətinin çoxsaylı sualları cavablandırılıb.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






.jpg)





.jpg)









.jpg)















