Nida Xəbər
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər
“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər.
Nazir Vüqar Mustafayev tədbir iştirakçılarını Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, iclasın “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə eyni vaxtda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun yalnız müzakirələrin aparılması üçün deyil, eyni zamanda ölkələrin real sənaye imkanlarını, texnologiyalarını və potensial tərəfdaşlarını bir məkanda görmək baxımından mühüm imkan yaratdığını vurğulayıb.
Vüqar Mustafayev türk dövlətləri arasında münasibətlərin hazırda yüksək səviyyəli dialoq, qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf etdiyini, müdafiə sənayesi sahəsində əməkdaşlığın isə bu münasibətlərin getdikcə daha praktik və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
İclasda kadr və mühəndislik potensialı, institusional əməkdaşlıq, birgə istehsal və sənaye kooperasiyası, tədqiqat və inkişaf, eləcə də yeni texnologiyalar istiqamətində müzakirələr aparılıb. Tədbirdə təşkilatın Baş katibi və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri çıxış ediblər.
Sonda TDT-yə üzv dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.
Qeyd edək ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il Türkiyənin İstanbul şəhərində “IDEF 2025” sərgisi çərçivəsində keçirilib.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






.jpg)





.jpg)









.jpg)















