Nida Xəbər
Konstitusiya dəyişikliyi sülhə doğru son addımdır - Hacıyev
Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizlik bərqərar olub, lakin onların dayanıqlığını təmin etmək vacibdir.
O qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll olunub və Azərbaycan strateji səbr və liderlik nümayiş etdirib.
"Biz həmişə demişik ki, müharibəni qazanmışıq, lakin daha bir addım atmaq – sülhü qazanmaq vacib idi. Bu, həqiqətən də strateji təfəkkür, səbr və prezidentin liderliyini tələb edən son dərəcə çətin bir vəzifə idi", - Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, hazırda regionda de-fakto sülh mövcuddur.
"Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz sülh şəraitində yaşayırıq və hətta sülh şəraitində yaşamağı öyrənirik. Müstəqilliyimizin ilk günlərindən torpağımızda kifayət qədər sülh olmayıb. Amma indi biz səylə işləyirik və bu gün regionda de-fakto sülh mövcuddur. Lakin sülh yalnız kağız üzərində qalmamalıdır", - o qeyd edib.
H.Hacıyev əlavə edib ki, sülh sazişinin yekun olaraq bağlanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi gözlənilir.
"Biz yalnız bir son addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyirik. Bundan sonra, düşünürəm ki, yekun sülh sazişi reallığa çevriləcək", - o bildirib.
-
Rəsmi xronika09:52YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab






.jpg)

.jpg)




.jpg)


















.jpg)

