Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
Bizi izləyin

Nida Xəbər

Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı

Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı

"Azərbaycanın İsrail ilə yaxşı münasibətləri var. Bununla yanaşı, biz burada prinsiplərdən də geri çəkilmirik. Həmişə demişik ki, Fələstin və iki dövlətli həll, həmçinin Şərqi Qüdsün paytaxt olması tərəfdarıyıq".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

“İsrailli dostlarımız da Azərbaycanın prinsipial mövqeyini bilirlər. Eyni şəkildə, iranlı qonşularımızla danışarkən bildiririk ki, biz mehriban qonşuluq münasibətlərinə və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə tam hörmət edirik. Həmçinin Azərbaycanın suveren ərazisindən qonşularımızın hər hansı birinə qarşı hər hansı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Çünki Azərbaycan üçün də ölkə ərazisində heç bir xarici hərbi mövcudluğun olmaması prioritetdir”, - deyə o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm