Nida Xəbər
Azərbaycanla Gürcüstan arasında memorandum imzalandı - FOTO
Ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.
Publika.az xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin məhkəmə sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Qarşılıqlı səfərlərin və davamlı dialoqun təcrübə mübadiləsinə, eləcə də əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.
Görüşdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində fəaliyyəti diqqətə çatdırılıb.
Müzakirələr zamanı məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqi və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkənin ali məhkəmələri arasında əlaqələrin inkişafına önəm verildiyini və qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.
Görüşün sonunda Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Gürcüstan Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə, hakimlərin və məhkəmə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, habelə iki ölkənin ali məhkəmələri arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.



-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






.jpg)





.jpg)









.jpg)















