Nida Xəbər
Zakir Fərəcov sakinlərin müraciətlərini yerində dinləyib - FOTOLAR
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 2-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən kommunal və xidmət qurumlarının rəhbərləri, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Müraciətlər əsasən abadlıq və infrastruktur, məşğulluq, sosial məsələlər, eləcə də vətəndaşları maraqlandıran digər mövzuları əhatə edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib, onların qaldırdıqları məsələlərin hər biri ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Həlli operativ şəkildə mümkün olan bir sıra məsələlərlə bağlı yerində tədbirlərin görülməsi tapşırılıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Görüş zamanı şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, yaşayış məhəllələrində infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və şəhər təsərrüfatının daha səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir.
Qeyd olunub ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin yerində dinlənilməsi şəhər idarəçiliyində mühüm əhəmiyyət daşıyır. Səyyar qəbul-görüşlər qaldırılan məsələlərin daha çevik araşdırılmasına, aidiyyəti qurumlarla birgə həlli yollarının müəyyənləşdirilməsinə və görüləcək işlərin prioritetləşdirilməsinə imkan yaradır.
Sakinlər onların müraciətlərinin yerində dinlənilməsini və qaldırılan məsələlərə həssas yanaşılmasını müsbət qiymətləndiriblər.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)















