Nida Xəbər
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
Mənə Azərbaycandan maraqlı iş təklifləri gəlirdi. Amma mən xaricdə müasir sənayelərin təqdim etdiyi iş imkanlarindan yararlanmaq, ölkəmizə töhfəmi yeni müstəvidən vermək istəyirdim.
Publika.az xəbər verir ki, bunu ABŞ ordusunda xidmət edən ilk azərbaycanlı qadın Kəmalə Surxay qızı Atakişiyeva Bizim.media-ya geniş müsahibəsində deyib.
O, ABŞ ordusunda xidmət etməsi məsələsinə qərar verməsindən danışıb:
"Bir gün həyat yoldaşımla Amerikada ən perspektivli karyera sahələrini müzakirə edirdik. Müzakirələrin sonunda ikimiz də bu qənaətə gəldik ki, ABŞ ordusunda xidmət eləmək gələcək üçün böyük fürsətlər yaradır. Elə həmin günün səhəri ABŞ Müdafiə Departamentinin Vaşinqtondakı şöbəsinə sorğu göndərdim. Tələblərini öyrəndim və 2-3 aylıq hazırlıqdan sonra qəbul imtahanınında 100 baldan 95-ni topladım. Eyni zamanda fiziki və sağlıq testlərindən də uğurla keçdim.
Ən çətin günlərim bundan sonra başladı. Bilirsiniz ki, Amerika ordusu dünyanın ən güclü ordusudur. Bu orduda xidmət keçmək, xüsusilə ilk 6 ayda çox-çox çətindir. İnanırsınız ki, xidmətimin ilk aylarında o qədər peşmanlıq çəkdim, öz-özümü danladım ki, haradan başıma iş açdım.
Mən Hərbi Hava Qüvvələrinin helikopterlər bölməsində xidmətə başladım. Mənim işim helikopterlərin elektronika sistemlərinə nəzarət olsa da, xidmətin ilk ayında çox çətin sınaqlardan keçdim. Bunları bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm. Amma qısaca onu deyim ki, Amerika filmlərində gördüyünüz ABŞ hərbçilərinin ağır təlimlərinin hamısını mən keçmişəm. Təsəvvür edin ki, biz ilk təlimlərə başlayanda 42 nəfər idi. Amma sona 29 nəfər qalmışdı. Qalan yoldaşlarımız fiziki və psixoloji çətinliklər səbəbindən xidməti buraxmalı oldu".
O, həmçinin bildirib ki, 40 yaşından sonra siyasətə qoşulmaq istəyir:
"Mən təhlillər aparmışam. Ortaya çıxan fakt isə ondan ibarətdir ki, Amerikada hərbidən siyasətə gələnlər çox böyük uğur qazanır. Ən uğurlu və sevilən siyasətçilər lap elə Con Kennedi zamanında hərbçi olub. Mən də bu yolla getmək istəyirəm, inşallah".
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər








.jpg)
















.jpg)









